AZ

"Sabah" Parrisə görə milyonundan keçib

"Sabah"ın yamaykalı vinger Kaheem Parrisin transferi üçün Kiyev "Dinamo"suna ödədiyi məbləğ bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə "transfermarkt" portalı məlumat verib.
 
Dünyaca məşhur portal "bayquşlar"ın 24 yaşlı futbolçu üçün Ukrayna klubuna 600 min avro ödədiyini xəbər verir. 
 
Qeyd edək ki, Parris ötən mövsüm icarə əsasında "Sabah"da çıxış edib. 24 yaşlı futbolçu karyerası ərzində "Kavalye"(Yamayka), "Domjale", "Krka", "Koper"(hamısı Sloveniya) komandalarında oynadıqdan sonra 2022-ci ildə "Dinamo"ya transfer olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
2
sport24.az

3Mənbələr