AZ

"Sabah" Parris üçün nə qədər ödəyib?

“Sabah”ın yamaykalı vinger Kaheem Parrisin transferi üçün “Dinamo”ya (Kiyev) ödədiyi məbləğ bəlli olub.

Sportnet.az xəbər verir ki, bu barədə “transfermarkt” portalı məlumat verib.

Belə ki, portalda "bayquşlar"ın 24 yaşlı futbolçu üçün Kiyev klubuna 600 min avro (təxminən 1,1 milyon manat) ödədiyi qeyd edilib.

Xatırladaq ki, Parris ötən mövsüm Kiyev klubundan icarə əsasında “Sabah”da çıxış edirdi.

24 yaşlı futbolçu karyerası ərzində "Kavalye"(Yamayka), "Domjale", "Krka", "Koper"(hamısı Sloveniya) komandalarında oynadıqdan sonra 2022-ci ildə "Dinamo"(Kiyev) klubuna keçmişdi.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
sportnet.az

3Mənbələr