AZ

BCM Şoyqu və Gerasimov haqqında həbs qərarı çıxarıb

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İbtidai Palatası Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib. Bizimyol.info xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilir. “2024-cü il iyunun 24-də Beynəlxalq Cinayət Məhkəməsinin İkinci Məhkəməyə qədərki Palatası iki nəfərin - Sergey Kujugetoviç Şoyqunun və Valeri Vasilyeviç Gerasimovun Ukraynadakı vəziyyət kontekstində ən azı 10 oktyabr 2022-ci il tarixindən, 9 mart 2023-cü il tarixədək törədilmiş beynəlxalq cinayətlərə görə həbsinə order verib", - deyə mətndə qeyd edilir. 2023-cü ildə BCM Rusiya prezidenti Vladimir Putin və Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqların qanunsuz deportasiyası ittihamı ilə həbsinə order verib. Ptrzidenti Putinin qeyd edib ki, Rusiya hakimiyyəti uşaqları münaqişə zonasından tamamilə qanuni olaraq çıxarıb, onların həyat və sağlamlıqlarını xilas edib, eləcə də heç vaxt onların ailələrinə qovuşmasına qarşı çıxmayıb. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, bu məhkəmə ona verilən ümidləri doğrultmadı və beynəlxalq ədalətin həqiqətən müstəqil orqanına çevrilmədi. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
bizimyol.info

2Mənbələr