AZ

BCM Şoyqu və Gerasimovun həbsinə order verib


Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İbtidai Palatası Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BCM-in saytında məlumat dərc olunub.
“2024-cü il iyunun 24-də Beynəlxalq Cinayət Məhkəməsinin İkinci Məhkəməyə qədərki Palatası iki şəxs – Sergey Şoyqu və Valeri Gerasimov haqqında Ukraynadakı vəziyyət kontekstində 10 oktyabr 2022-ci il tarixindən 9 mart 2023-cü il tarixinədək olan müddət ərzində törədilmiş beynəlxalq cinayətlərə görə həbs qərarı çıxarıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, 2023-cü ildə BCM Rusiya Prezidenti Vladimir Putin və Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqların qanunsuz deportasiyası ittihamı ilə həbsinə order verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
yeniavaz.com

2Mənbələr