AZ

İlk tələb Ermənistandan rus bazasının çıxarılması olacaq

“Avropa İttifaqı ilə münasibətlərin inkişafında növbəti addım Ermənistanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamazdan əvvəl Rusiya bazasının ölkə ərazisindən çıxarılması tələbi olacaq”. 

“Cebhe.info” xəbər verir ki, bunu iyunun 25-də Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan deyib.

Onun fikrincə, Ermənistanın Aİ-yə üzvlük məsələsi ilə bağlı referendum elan edilərsə, bu məsələ də gündəmə gələ bilər. Arutyunyanın iddiasına görə, Azərbaycan və Türkiyəni Zəngəzura girməsinə yalnız bir amil - Rusiya mane olur. 

“Bu gün Türkiyə və Azərbaycanı hər şeydə dəstəkləyən Rusiyadır. Eyni zamanda, o, başa düşür ki, Zəngəzur Cənubi Qafqazda ən mühüm strateji nöqtədir, ona görə də Rusiya ondan imtina edə bilməz”, - deyə keçmiş baş nazir qeyd edib.

O, əmin olduğunu bildirib ki, Rusiyanın hərbi mövcudluğu Ermənistana kömək etmirsə, heç olmasa, mane olmur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr