AZ

“Növbəti addım Rusiya bazasının Ermənistandan çıxarılması tələbi olacaq”

“Avropa İttifaqı ilə münasibətlərin inkişafında növbəti addım hətta Ermənistanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamazdan əvvəl Rusiya bazasının ölkə ərazisindən çıxarılması tələbi olacaq”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan danışıb.

Onun fikrincə, Ermənistanın Aİ-yə üzvlük məsələsi ilə bağlı referendum elan edilərsə, bu məsələ də gündəmə gələ bilər. 

“Bu gün Türkiyə və Azərbaycanı hər şeydə dəstəkləyən Rusiyadır. Rusiya başa düşür ki, Sünik Cənubi Qafqazda ən mühüm strateji nöqtədir, ona görə də ondan imtina edə bilməz”, - deyə keçmiş baş nazir qeyd edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
musavat.com

2Mənbələr