AZ

9 ölkə nüvə silahlanmasına 91,4 milyard dollar xərcləyib

“Təkcə 2023-cü ildə nüvə silahına sahib 9 ölkə nüvə silahlanmasına 91,4 milyard dollar xərcləyb”.

KONKRET.az xəbər verir ki, bu sözləri Nüvə Silahlarının Qadağan edilməsi və Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Təşəbbüsün (ICAN) Proqram Koordinatoru Susi Snyder bildirib. Onun sözlərinə görə, dünyada nüvə silahına malik 9 ölkə ümumilikdə 12 min 121 nüvə başlığına sahibdir.

Nüvə silahlarına pul xərcləməkdən narahat olduqlarını vurğulayan Snayder vurğulayıb ki, “Nüvə silahından azad” bir dünyanı dəstəkləyən ölkələr nüvə silahına pul xərcləyən ölkələrdən qat-qat çox olsa da, təhlükə getdikcə artır.

O bildirib ki, İsrail nüvə silahı ilə bağlı dəqiq məlumat paylaşmır. Amma ən çox nüvə silahına malik ölkə Rusiyadır: “Rusiya ən çox nüvə silahına malik ölkədir. Rusiyadan sonra ABŞ gəlir”. Snayder qeyd edib ki, ABŞ 51,5 milyard dollarla nüvə silahına ən çox pul xərcləyəcək ki, bu da nüvə silahına malik digər 8 ölkədən çoxdur.

Snayder Çinin nüvə silahına təxminən 12 milyard dollar, Rusiyanın isə 8,3 milyard dollar xərclədiyini vurğulayıb. İngiltərənin də 225 nüvə silahı döyüş başlığına sahib olduğunu xatırladan Snayder deyib ki, 2023-cü ildə nüvə xərcləri 17 faiz artaraq 8 milyard dollara yaxınlaşıb.

Snayder sözlərinə belə davam edib: “Ya nüvə təhdidləri ilə nüvə silahlanma yarışını davam etdirəcəyik, ya da onları dayandıracağıq. Bu, bir qərardır. Nüvə silahlarından xilas olacağıq və sonra danışıqlara əsaslanan tərksilah prosesi olacaq. Biz bunu hökmən etməliyik. Nüvə silahları ciddi problemdir. Hər bir ölkə əvvəlcə bu qərarı verməlidir. Bu, nüvə silahlarından azad bir dünya əldə etməmizə kömək edər. Bu bizə çox lazımdır və alternativ düşünülə bilməz”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
77
50
konkret.az

10Mənbələr