AVRO-2024-də İtaliyanın Xorvatiya ilə 1:1 hesablı heç-heçə etməsi nəticəsində Türkiyə millisinin mümkün rəqibləri böyük ölçüdə bəlli olub.
BAKU.WS xəbər verir ki, Türkiyə qrupu ikinci pillədə başa vursa, yəqin ki, Fransa, Fransa lider ola bilməsə, Hollandiya ilə qarşılaşacaq.
Üçüncü yeri tutsa, böyük ehtimalla İngiltərə ilə üz-üzə gələcək. Ən yüksək əmsalı olan iki komanda Fransa və Hollandiyadır.
Əmsallar belədir:
Fransa - 35,8 %
Hollandiya - 23,0 %
İngiltərə - 16,4 %
İspaniya - 9,8 %
Avstriya - 5,1 %
Qrupda qalma - 4,0 %
Sloveniya - 3,1 %
Danimarka - 2,7 %
BAKU.WS