24.06.2024-cü il tarixində saat 21:15-də 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına sol çanağın açıq yarası diaqnozu ilə daxil olub.
Bu barədə APA-ya Sumqayıt Tibb Mərkəzindən açıqlama verilib.
Məlumata görə, ona zəruri tibbi xidmətlər göstərilib və cərrahi əməliyyat olunub. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
***
08.32
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb.
Şəhər sakini, 2003-cü il təvəllüdlü Babayev Sənan Elşən oğlu aralarında baş vermiş münaqişə zəminində qardaşı, 2004-cü il təvəllüdlü Babayev Sədan Elşən oğluna bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.