Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

Şəhər sakini, 2003-cü il təvəllüdlü Babayev Sənan Elşən oğlu aralarında baş vermiş münaqişə zəminində qardaşı, 2004-cü il təvəllüdlü Babayev Sədan Elşən oğluna bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info