AZ

Ədliyyə nazirinə yeni müşavir təyin edildi

Bakı. Trend:

Ədliyyə nazirinə yeni müşavir təyin edilib.

Trend xəbər verir ki, ədliyyə nazirinin müvafiq əmri ilə ElvinHətəmzadə nazirin müşaviri vəzifəsinə təyin edilib.

Elvin Hətəmzadə 1987-ci ildə anadan olub. ABŞ-nin ParkUniversitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, VaşinqtonUniversitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələrinifərqlənmə diplomları ilə bitirib.

2012-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət NeftŞirkətinin Hüquq İdarəsində müxtəlif vəzifələrdə işləyib. 2020-ciilin iyun-oktyabr aylarında Azərbaycan Respublikası AliMəhkəməsində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həmin ilinoktyabr ayından isə Ali Məhkəmənin Aparat rəhbəri vəzifələrindəçalışıb.

Həmçinin 2016-2020-ci illərdə ADA Universitetində pedoqojifəaliyyətlə məşğul olub, bir sıra elmi-tədqiqat məqalələrininmüəllifidir.

Elvin Hətəmzadə ABŞ-ın Nyu-York ştatının və Vaşinqton federaldairəsinin Vəkillər Kollegiyasının, ABŞ-nin Nyu-York ştatınınVəkillər Assosiasiyasının və Amerika Vəkillər Assosiasiyasınınüzvüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
48
az.trend.az

10Mənbələr