AZ

Nazir özünə yeni müşavir TƏYİN ETDİ

Elvin Hətəmzadə ədliyyə nazirinin müşaviri təyin olunub.

Oxu24.com "Report"a istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, E.Hətəmzadə 2012-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Hüquq İdarəsində müxtəlif vəzifələrdə işləyib. 2020-ci ilin iyun-oktyabr aylarında Ali Məhkəmədə Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həmin ilin oktyabr ayından isə Ali Məhkəmənin Aparat rəhbəri vəzifələrində çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
44
oxu24.com

10Mənbələr