AZ

Hindistanın Baş naziri Rusiyaya səfər edəcək

Hindistanın Baş naziri Narendra Modi iyulun 8-də Moskvaya birgünlük səfər edəcək.

Bu barədə "The Tribune” məlumat yayıb.

Bildirilib ki, Hindistanın Baş nazirinin səfəri mühüm əhəmiyyət kəsb edir. Çünki bu səfər N.Modinin üçüncü müddətə hökumətə rəhbərlik etməsindən az sonra baş tutacaq.

Xatırladaq ki, Hindistanda seçkilər 44 gün - aprelin 19-dan iyunun 1-dək davam edib. Hakim "Bharatiya Canata parti” parlamentdəki 543 yerdən 300-nü, müxalifət bloku isə 230 yeri tutub. Hakim partiya üçün bu, son 15 ilin ən pis nəticəsi olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
3
7news.az

4Mənbələr