AZ

Hindistanın baş naziri Moskvaya səfər edəcək

Hindistanın baş naziri Narendra Modi Hindistan-Rusiya münasibətlərini gücləndirmək üçün Moskvaya gələcək.

KONKRET.az xəbər verir ki, bu barədə “The Tribune” məlumat yayıb. Qəzetin məlumatına görə, səfər iyulun 8-də baş tutacaq. Cənab Modi sonuncu dəfə Rusiyaya 2019-cu ildə Vladivostoka səfər edərkən gəlib. Səfər iki gün davam edəcək.

Nəşrin qeyd edib ki, Hindistanın baş nazirinin Moskvaya səfəri vacibdir, çünki bu, Narendra Modinin üçüncü müddətə hökumətə rəhbərlik etməsindən qısa müddət sonra, həmçinin Vladimir Putinin beşinci dəfə yenidən seçilməsindən sonra baş tutacaq. Rusiya Xarici İşlər Nazirliyi mümkün səfər barədə məlumat verməyib.

Qeyd edək ki, Hindistanda seçkilər aprelin 19-dan iyunun 1-dək 44 gün ərzində keçirilib. Hakim Bharatiya Janata Partiyası parlamentdəki 543 yerdən 300-nü, müxalifət bloku isə 230 yeri tutub. Hakim partiya üçün bu nəticə son 15 ilin ən pis nəticəsi olub. İyunun əvvəlində Modi ilə Putin arasında telefon danışığı olub və onlar iki ölkə arasında strateji tərəfdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
3
konkret.az

4Mənbələr