AZ

Azərbaycan sığorta bazarı 14% böyüyüb

2024-cü ilin yanvar-may ayında Azərbaycanda sığorta yığımlarının həcmi 643 milyon 754 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 274 milyon 837 min manat olub ki, bu da 58% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 566 milyon 434 min manat, sığorta ödənişlərinin həcmi isə 174 milyon 436 min manat olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
19
banker.az

10Mənbələr