AZ

“Bakı Neft-Mədən Avadanlıqları”nın ötən il mənfəəti 2 dəfədən çox azalıb

“Bakı Neft-Mədən Avadanlıqları” ASC 2023-cü ili 95 796 manat mənfəətlə başa vurub. 2022-ci ildə ASC-nin mənfəəti 211 453 manat olub ki, bu da illik müqayisədə 55% və ya 2.2 dəfə azalmadır.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Bakı Neft-Mədən Avadanlıqları”nın əsas əməliyyat gəlirləri 1 milyon 763 min manat (əvvəlki ilə nisbətən 2.4% az), satışın maya dəyəri 1 milyon 562 min manat (5.4% çox) təşkil edir.

Hesabat dövründə şirkətin cəmi aktivləri 1 milyon 629 min manatdan 1 milyon 1 milyon 815 min manata, cəmi öhdəlikləri 145 min manatdan 448 min manata, cəmi kapitalı isə 1 milyon 483 min manatdan 1 milyon 367 min manata çatıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
3
banker.az

10Mənbələr