AZ

Culian Assancın olduğu təyyarə Banqkoka eniş edib

Culian

London, 25 iyun, AZƏRTAC

“Wikileaks” portalının təsisçisi Culian Assanc ABŞ hökuməti ilə razılaşma əldə etdikdən sonra iyunun 24-də Britaniyanı tərk edib.

AZƏRTAC AFP-yə istinadla xəbər verir ki, Culian Assancın göyərtəsində olduğu təyyarə Banqkokun Don Mueang hava limanına enib.

Təyyarə çox güman Sakit Okeanın cənubunda ABŞ ərazisi olan Şimali Marian adalarında yerləşən Saipan adasına uçmazdan əvvəl yenidən təchiz ediləcək və yanacaqla doldurulacaq. Onun yerli vaxtla saat 21:00-da yola düşəcəyi və çərşənbə günü tezdən Saipan adasına çatacağı gözlənilir.

Qeyd edək ki, Culian Assanc ilə ABŞ hökuməti arasında razılaşma əldə olunub. Razılaşmaya görə, Culian Assanc casusluq ittihamı üzrə öz təqsirini etiraf etməsi müqabilində azad olunacaq. Assanc Marian adalarında, Qərbi Sakit okeanda yerləşən ABŞ mülkiyyətindəki federal məhkəmədə çərşənbə günü səhər saatlarında hakim qarşısında çıxış edəcək.

Razılaşma federal hakim tərəfindən təsdiqləndiyi təqdirdə Assancın həbsxanada keçirdiyi vaxt nəzərə alınacaq və onun dərhal doğma ölkəsi olan Avstraliyaya qayıtmasına imkan veriləcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
azertag.az

3Mənbələr