AZ

Culian Assancın olduğu təyyarə Banqkoka eniş edib

Bakı. Trend:

“Wikileaks” portalının təsisçisi Culian Assanc ABŞ hökuməti ilərazılaşma əldə etdikdən sonra iyunun 24-də Britaniyanı tərkedib.

Trend AFP-yə istinadən xəbər verir ki, Culian Assancıngöyərtəsində olduğu təyyarə Banqkokun Don Mueang hava limanınaenib.

Təyyarə çox güman Sakit Okeanın cənubunda ABŞ ərazisi olanŞimali Marian adalarında yerləşən Saipan adasına uçmazdan əvvəlyenidən təchiz ediləcək və yanacaqla doldurulacaq. Onun yerlivaxtla saat 21:00-da yola düşəcəyi və çərşənbə günü tezdən Saipanadasına çatacağı gözlənilir.

Qeyd edək ki, Culian Assanc ilə ABŞ hökuməti arasında razılaşmaəldə olunub. Razılaşmaya görə, Culian Assanc casusluq ittihamı üzrəöz təqsirini etiraf etməsi müqabilində azad olunacaq. Assanc Marianadalarında, Qərbi Sakit okeanda yerləşən ABŞ mülkiyyətindəkifederal məhkəmədə çərşənbə günü səhər saatlarında hakim qarşısındaçıxış edəcək.

Razılaşma federal hakim tərəfindən təsdiqləndiyi təqdirdəAssancın həbsxanada keçirdiyi vaxt nəzərə alınacaq və onun dərhaldoğma ölkəsi olan Avstraliyaya qayıtmasına imkan veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
az.trend.az

3Mənbələr