AZ

Yeni epidemiya yayıldı, onlarla insan həyatını itirdi

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 53-ə yüksəldiyi bildirilib. 
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, vəba epidemiyası yanvar ayından bəri ölkənin 31 əyalətinin 107 bölgəsinə yayılıb.
 
Bu müddət ərzində bu bölgələrdə 1528 vəba virusuna yayılma halının müşahidə edildiyi qeyd edilib.
 
Həmçinin əlavə edilib ki, Yanvar ayından bəri ölüm hallarında 3,5 faiz artım Nigeriyanı \"yüksək risk\" səviyyəsinə gətirib.
 
Qeyd edək ki, ötən il Nigeriyada 3 mindən çox vəba hadisəsi qeydə alınıb və 100-dən çox insan ölüb.
 
\"Vibrio” bakteriyasının törətdiyi qida və su ilə ötürülən vəba xəstəliyi ishala və beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər. 

Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, tif və meymun virusu kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.
 
Oksana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
azxeber.com

4Mənbələr