AZ

Yeni epidemiya yayıldı: Onlarla insan həyatını itirdi

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 53-ə yüksəldiyi bildirilib.

Turkustan.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris jurnalistlərə bildirib ki, vəba epidemiyası yanvar ayından bəri ölkənin 31 əyalətinin 107 bölgəsinə yayılıb.

Bu müddət ərzində bu bölgələrdə 1528 vəba hadisəsinin müşahidə edildiyini qeyd edən İdris, epidemiya səbəbindən həyatını itirənlərin sayının 53-ə yüksəldiyini bildirib.

İdris, yanvar ayından bəri yüzdə 3,5 olan ölüm nisbətinin Nigeriyanı "yüksək risk" səviyyəsinə gətirdiyini və hökumətin Milli Xolera Təcili Əməliyyat Mərkəzini aktivləşdirdiyini söyləyib.

Ötən il Nigeriyada 3 mindən çox vəba hadisəsi qeydə alınıb və 100-dən çox insan ölüb.

“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə ötürülən vəba xəstəliyi ishala və beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.

Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, tif və meymun virusu kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
turkustan.az

4Mənbələr