AZ

HƏMAS hərəkatının Siyasi Büro rəhbərinin bacısı öldürülüb – KİV


İsrailin Qəzza sektorunu atəşə tutması nəticəsində Fələstinin HƏMAS hərəkatının Siyasi Büro rəhbərinin bacısı İsmayıl Haniyə də daxil olmaqla azı 13 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Telekanal bildirib ki, zərbə hərəkat liderinin Qəzza şəhərinin qərbindəki qaçqın düşərgəsində yerləşən evinə yönəlib.
Qeyd edək ki, bu il aprelin 10-da Həmas rəhbərliyi İsrail ordusunun Qəzzanın şimalındakı qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində Haniyənin üç oğlu və dörd nəvəsinin həlak olduğunu təsdiqləyib . İsrail ordusu Haniyənin hər üç oğlunun - Əmir, Məhəmməd və Hazemin Həmas silahlı qruplarının fəaliyyətində iştirak etdiyini iddia edib. Haniyə ölənlərin hərəkatın üzvləri olduğunu təkzib edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
yeniavaz.com

2Mənbələr