AZ

HƏMAS rəhbərinin bacısı ÖLDÜRÜLDÜ

HƏMAS Siyasi Bürosunun rəhbərinin bacısı Qəzza şəhərinin qərbində İsrailin zərbəsi nəticəsində öldürülüb.

interpress.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

İsrailin Qəzza sektorunu atəşə tutması nəticəsində Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Büro rəhbərinin İsmayıl Haniyənin bacısı da daxil olmaqla azı 13 nəfər həlak olub.

Onun sözlərinə görə, zərbə hərəkat liderinin Qəzza şəhərinin qərbindəki qaçqın düşərgəsində yerləşən evinə yönəlib.

Aprelin 10-da Həmas rəhbərliyi İsrail ordusunun Qəzzanın şimalındakı qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində Haniyyənin üç oğlu və dörd nəvəsinin həlak olduğunu təsdiqləyib.

İsrail ordusu Haniyənin hər üç oğlunun – Əmir, Məhəmməd və Hazemin Həmas silahlı qruplarının fəaliyyətində iştirak etdiyini iddia edib. Haniyə ölənlərin hərəkatın üzvləri olduğunu təkzib edib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
interpress.az

2Mənbələr