AZ

Uğurlu enerji siyasəti böyük şirkətləri Azərbaycana cəlb edir - Kamaləddin Qafarov

Bakı. Trend:

Məlum olduğu kimi, Bakı Enerji Həftəsi bu gün artıq təkcəregionda deyil, eləcə də bütün dünyada enerji sektorunda ən önəmliqlobal beynəlxalq platformalardan biri hesab olunur. Bu beynəlxalqtədbir hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrininmüzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ənyüksək səviyyəli rəhbər işçiləri öz platformasında bir arayagətirir.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Deputat bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 21iyun tarixində “Euronews”un efirində yayımlanmış müsahibəsində qeydolunduğu kimi, bu tədbir öncə Xəzər Neft və Qaz Sərgisi vəKonfransı adını almışdı.

“Sonradan Azərbaycan bərpaolunan enerji sahəsində işə başladı vətədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi.Bu gün Bakı Enerji Həftəsində dünyanın 37 ölkəsini təmsil edəniştirakçılar qısa müddət ərzində Azərbaycanda hər istiqamətdə -neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində əldə olunmuşuğurları görə bilirlər. Azərbaycanın əsas məqsədlərindən biribirliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondansonra sədrliyi davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlıiddiaları kənara qoysunlar”.

K.Qafarov Prezident İlham Əliyevin müsahibəsində bir sıra önəmliməqamların yer aldığını vurğulayaraq deyib:

“İlk növbədə, cənab Prezident öz müsahibəsində bir dahaxatırlatdı ki, Xəzər neft-qaz sərgisi ilk dəfə 1994-cü ildəkeçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşaxarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayır. BakıEnerji Həftəsi enerji siyasətinin neft, qaz, emal, ixrac və əlbəttəki, yaşıl enerji də daxil olmaqla bütün seqmentlərini əhatə edir.Bu gün Azərbaycanda çox yaxşı sərmayə mühiti mövcuddur. Ölkəənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunanenerjiyə yönəldir. Təbii ki, cənab Prezident İlham Əliyevtərəfindən həyata keçirilən uğurlu enerji siyasəti bu sektordadünya liderləri olan böyük şirkətləri Azərbaycana cəlb edir.

Hazırda ölkəmizin “Masdar”, ACWA Power” və BP kimi böyüktərəfdaşları var. İşlərin həcmi getdikcə artıq və Azərbaycan millienerji şəbəkəsini gücləndirir. Çünki ölkə mümkün qədər çox enerjiniqəbul etmək iqtidarında olmalıdır. Bunun üçün ötürülmə xətləri iləbağlı qonşu ölkələrlə fəal çalışmalar aparılır. Azərbaycanın özünəplanlaşdırılan qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdəndə əsas hədəf məhz ixracdır. Dövlət başçımızın dediyi kimi,bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiqedilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun vənəticədə qənaət edilmiş təbii qaz əsasən indi Avropaya lazım olanqaydada nəql olunsun”.

Seçilən
9
17
az.trend.az

10Mənbələr