AZ

Sumqayıtda 5 nəfər dezinfeksiyadan zəhərlənib

Sumqayıtda dezinfeksiyadan 5 nəfər zəhərlənib.

APA xəbər verir ki, hadisə 76-cı məhəllədə yerləşən müəssisələrdən birində baş verib.

Sumqayıt şəhər sakinləri, 1981-ci il təvəllüdlü Mənsimova Kəmalə Aqil qızı, 1975-ci il təvəllüdlü Şərifova Könül Səfər qızı, 1981-ci il təvəllüdlü İsrafilova Qəribə Əlövsət qızı, 1978-ci il təvəllüdlü Gülməmmədova Şəfa Bəhram qızı və 1986-cı il təvəllüdlü Maralova Zülfiyyə Sədrəddin qızı işlədikləri müəssisədə həşərat əleyhinə edilən dizenfeksiyadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
8
apa.az

10Mənbələr