“Tesla” bu il işçilərinin azı 14 faizini ixtisar edib.
“İki sahil” xəbər verir ki, bu barədə CNBC telekanalı şirkətin daxili məlumatlarına istinadən məlumat yayıb.
Qeyd edilib ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısının baş icraçı direktoru İlon Mask iyunun 17-də bütün işçilərə elektron məktub göndərərək “Tesla”nın müstəsna performans üçün səhm opsionu qrantları vermək məqsədi ilə növbəti bir neçə həftə ərzində hərtərəfli araşdırma aparacağını vurğulayıb. O əlavə edib ki, bu cür qrantlar şirkət üçün xüsusi bir iş görən hər kəsə də veriləcək.
İxtisarlarla bağlı mesajları isə o, apreldə vermişdi. O zamana İ.Mask işçilərinin 10 faizdən çoxunu ixtisar etmək niyyətindən danışmışdı.
Qeyd edək ki, “Tesla”nın gəliri bu ilin birinci rübündə 9 faiz azalıb və bu, 2021-ci ildən bəri ən böyük azalmadır.