Futbol üzrə 2024-cü il Avropa çempionatının (AVRO-2024) B qrupunun son oyununda İspaniyaya 1:0 hesabı ilə uduzan Albaniya turnirlə vidalaşıb.
Futbol üzrə 2024-cü il Avropa çempionatının (AVRO-2024) B qrupunun üçüncü və sonuncu oyununda Albaniya və İspaniya milliləri qarşılaşıb.
Düsseldorf Arenada keçirilən matçda İspaniya ilk yarıda tək qolla 1-0 qalib gəlib. Ferran Torres 13-cü dəqiqədə ispanlara qələbə qazandırıb.
Albaniyada Rey Manaj ilk 11-də başladığı matçda 59 dəqiqə meydanda qalıb. “Beşiktaş”ın futbolçusu Ernest Muçi matça ehtiyat oyunçular skamyasında başlayıb və 81-ci dəqiqədə oyuna qoşulub.
Bu nəticədən sonra İspaniya son matçında qalib gələrək 9 xalla qrupunun zirvəsində qərarlaşıb. 1 xalla qalan Albaniya AVRO-2024-lə vidalaşıb.
DOĞRU.AZ