"Salyan Taxıl" ASC 2023-cü ili 111 min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 100 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, "Salyan Taxıl"ın əsas əməliyyat gəliri 2022-ci ildə 56 min manat ikən, 2023-cü ildə 49 min manata düşüb.
Ötən il "Salyan Taxıl"ın cəmi 49 min manat gəlirinə qarşı cəmi xərcləri 160 min manat təşkil edib.
31 dekabr 2023-cü il tarixində "Salyan Taxıl" 4 milyon 826 min manat cəmi aktivlərə malik olub.