AZ

Modriç Avropa çempionatının ən yaşlı qolçusu oldu

İtaliya ilə oyununda 54-cü dəqiqədə Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç hesabı açıb. Bununla da xorvatiyalı Avropa çempionatında fərqlənən ən yaşlı futbolçu olub. 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 3-cü turunun İtaliya ilə oyununda 54-cü dəqiqədə Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç hesabı açıb. Matc.az xəbər verir ki, bununla da xorvatiyalı Avropa çempionatında fərqlənən ən yaşlı futbolçu (38 yaş, 289 gün) olub. O, 2008-ci ildə Avropa çempionatında qol vuran Avstriya millisinin sabiq yarımmüdafiəçisi İvitsa Vastikin (38 yaş, 257 gün) nailiyyətini ötüb. Qeyd edək ki, hazırda davam edən qarşılaşmada Xorvatiya millisi İtaliyanı 1:0 hesabıyla məğlub edir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
50
matc.az

10Mənbələr