Çin hökuməti Polşa ilə bir neçə sahədə qarşılıqlı əlaqənin intensivləşdirilməsi zərurətini nəzərə alaraq bu ölkənin vətəndaşları üçün 15 günlük vizasız rejim tətbiq edəcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Çin prezidenti Si Cinpin məlumat verib.
Çin lideri iki ölkə arasında mədəni-humanitar və gənclər mübadiləsinin artırılmasının, elm adamları ilə medianın qarşılıqlı fəaliyyətinin intensivləşdirilməsinin vacibliyini qeyd edib və bildirib ki, ölkəsi Polşa tərəfi ilə, eləcə də Mərkəzi və Şərqi Avropanın digər ölkələri ilə əməkdaşlığı gücləndirməyə hazırdır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta