AZ

Ödəniş edə bilmədikləri üçün təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlandı

Ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb.

Bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, 2023-cü ildə ümumilikdə 8 631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Bunlardan 4 551 nəfəri bakalavriat, 1 267 nəfər magistratura, 1 496 nəfər tam orta ixtisas bazası, 1 317 nəfər isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.


Seçilən
41
26
news365.az

10Mənbələr