Ukrayna Prezidenti Volodimir Zelenski son vaxtlar fəal şəkildə tənqid olunan Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qoşunlarının komandanı Yuri Sodolu vəzifəsindən azad edib.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, onun yerinə briqada generalı Andrey Qnatov təyin edilib.
"Mən Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qoşunlarının komandanı general-leytenant Yuri Sodolu briqada generalı Andrey Qnatovla əvəz etmək qərarına gəldim", - deyə Zelenski "Telegram" kanalında yayımladığı videomüraciətdə bildirib.
Telegram kanalımız