AZ

MEK könüllü qəbulu elan edir

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) könüllü qəbulunu elan edir.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.Xəbərdə bildirilir ki, “kitabxana işi sahəsində praktiki bilikləri mənimsəmək, spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb olunaraq peşəkar kitabxanaçı kimi formalaşmaq, eləcə də MEK-də iş effektivliyinin yüksəldilməsində yaxından iştirak etmək istəyən gənclər müsabiqədən keçərək “MEK könüllüləri”nə qoşulmaq imkanı əldə edəcəklər. MEK intizamlılıq, işgüzarlıq, ünsiyyətcillik, operativlik, kompüter bacarığı, dil biliyi və digər keyfiyyətlərə sahib olan 18-35 yaş arası gəncləri müsabiqəyə qoşulmağa dəvət edir”.Qeyd edək ki, “MEK könüllüləri”nin əsas fəaliyyət istiqamətləri haqqında əlavə məlumatları keçiddən əldə etmək mümkündür.

Seçilən
105
1
bayraqdar.info

2Mənbələr