AZ

Zelenski onu vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Yuri Sodolu vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.

Ölkə başçısı onun yerinə briqada generalı Andrey Qnatovun təyin edildiyini açıqlayıb.

“Mən Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Yuri Sodolu briqada generalı Andrey Qnatovla əvəz etmək qərarına gəldim”, - deyə Zelenski bildirib.

Fotoda: Andrey Qnatov və Yuri Sodol

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
20
seherxeber.org

10Mənbələr