İyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitdə Şimali Atlantika Alyansı Ukraynaya yardımın artırılması ilə bağlı razılığa gəlmək niyyətindədir.
"Operativ Media" xəbər verir ki, bunu Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşdən əvvəl NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Vaşinqtonda keçiriləcək sammitdə bizim vəzifəmiz Ukraynaya yardımı gücləndirmək olacaq. Mən Kiyevə yardımla bağlı uzunmüddətli maliyyə öhdəliklərini də qəbul etməyi təklif etmişəm", - deyə Stoltenberq qeyd edib.