Rusiyada elmi-tədqiqat institutunda yanğın nəticəsində ölənlərin sayı artıb.
Far.Az “lenta.ru”ya istinadən xəbər verir ki, ölkə səhiyyəsinin verdiyi məlumata görə, yanğın nəticəsində 9 nəfər ölüb.
Rusiya Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, Moskva vilayətinin Fryazine rayonunda 4,5 min kv metr sahə, dörd mərtəbə tamamilə yanıb.
“Hazırda “Ka-32” xilasedici helikopteri binanın üzərindən yanğını söndürmək üçün su səpir”, - qurumdan bildirilib.
Far.Az