AZ

Əməliyyat zamanı həyatını itirən polis əməkdaşları son mənzilə yola salındıVİDEO

Paytaxtda keçirilən əməliyyat zamanı həlak olan polis kapitanı Eldəniz Məmmədov Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

Xezerxeber.az xəbər verir ki, dəfn mərasimində polis kapitanının ailə üzvləri, doğmaları, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə cənazə namazı qılınıb. Daha sonra Eldəniz Məmmədov yaylım atəşi altında torpağa tapşırılıb. Onun ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb, əklillər qoyulub. Kapitanın tabutunun büküldüyü üçrəngli Dövlət Bayrağı övladlarına verilib.

Qətlə yetirilən polis əməkdaşı, serjant Mahir Ağayev də dəfn olunub. Polis əməkdaşının nəşi Binə qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilən digər polis serjantı Mirəli Heydərov isə Kürdəmir rayonunun Cəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasmində rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
xezerxeber.az

10Mənbələr