AZ

Qətlə yetirilən polis kapitanı və serjantı Bakıda dəfn olundu

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polis kapitanı Eldəniz Məmmədov Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

Oxu24.com xəbər verir ki, vida mərasimində polis kapitanının ailə üzvləri, doğmaları, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə cənazə namazı qılınıb. Daha sonra Eldəniz Məmmədov yaylım atəşi altında torpağa tapşırılıb. Polis kapitanının ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb, əklillər qoyulub.

Kapitanın tabutunun büküldüyü üçrəngli Dövlət Bayrağı övladlarına verilib.

***

14:00

Bakıda qətlə yetirilən polis əməkdaşı, serjant Mahir Ağayev dəfn olunub.

Oxu24.com xəbər verir ki, polis əməkdaşının nəşi Binə qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasmində ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Qeyd edək ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
oxu24.com

10Mənbələr