AZ

Şahzadə xəstəxanaya yerləşdirildi

İngiltərə kralı III Çarlzın bacısı şahzadə Anna evdə keçirdiyi qəzadan sonra beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat paylaşıb.

Məlumatda deyilir ki, Şahzadə Anna ötən gecə Qlosterşir əyalətindəki "Gatcombe Park" malikanəsində qəza keçirib. Qəzadan sonra şahzadə Enn beyin sarsıntısı və yüngül xəsarətlərlə Bristoldakı "Southmead" xəstəxanasına aparılıb. Xəstəxanaya yerləşdirilən şahzadənin vəziyyətinin yaxşı olduğu bildirilib. Ancaq bir müddət ehtiyyat üçün şahzadənin xəstəxanada qalacağı qeyd edilib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
teleqraf.com

3Mənbələr