AZ

Şahzadə xəstəxanaya yerləşdirildi

İngiltərə kralı III Çarlzın bacısı, 73 yaşlı şahzadə Anna xəstəxanaya yerləşdirilib.   Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb. Məlumata görə, Şahzadə Anna ötən gecə Qlosterşir əyalətindəki "Gatcombe Park" malikanəsində qəza keçirib. Yüngül xəsarətlərlə Bristoldakı "Southmead" xəstəxanasına aparılan şahzadəyə beyin silkələnməsi diaqnozu qoyulub. Şahzadənin vəziyyəti yaxşıdır, lakin bir müddət ehtiyyat üçün xəstəxanada qalacaq. O, həkimlərin nəzarəti altındadır.

Qeyd edək ki, baş verən hadisənin xarakteri açıqlanmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
manset.az

3Mənbələr