Azərbaycanın U-20 basketbol millisi təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
Prosport.Az xəbər verir ki, iyunun 20-dən milli komandamız Memarlıq və İnşaat Universitetinin idman zalında təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.
İspaniyalı baş məşqçi Alberto Blankonun rəhbərliyi ilə hazırlıq prosesində taktiki və texniki, hücum-müdafiə planları üzərində çalışılıb. Taktiki hazırlıqlarda yığmamızın köməkçi məşqçiləri Zaur Paşayev və Anar Hacıyev də yaxından iştirak ediblər.
Hazırlıq prosesi iyulun 12-dən 21-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək qədər davam edəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta