AZ

Millimiz təlim-məşq toplanışının ikinci mərhələsinə start verib

İyunun 20-də oğlan basketbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.

İdman.biz xəbər verir ki, yığmamız Memarlıq və İnşaat Universitetinin idman zalında hazırlıq keçir.

İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda hazırlıq prosesində taktiki və texniki hücum-müdafiə planları üzərində çalışıb.

Məşqlərdə əsas məqsədi iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı B divizionunun oyunlarına hazırlıqdır.

Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək davam edəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
5
idman.biz

10Mənbələr