AZ

Avropa İttifaqı Aram Qabrelyanovu qara siyahıya saldı - SƏBƏB

Avropa İttifaqı “News Media” nəşriyyatının baş direktoru, “Life” layihəsinin yaradıcısı erməni Aram Qabrelyanovu sanksiyalara məruz qalanların “qara siyahısı”na daxil edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə sənəd Aİ-nin rəsmi jurnalında dərc olunub.

 

Fərmanda bildirilir ki, Qabrelyanov bir qrup KİV-in köməyi ilə aqressiv təbliğat, saxta xəbərlər və dezinformasiya yayır: 

 

"Aram Qabrelyanov Ukraynanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini təhdid edən hərəkətləri dəstəkləyir və həyata keçirir". 


 
Firuzə Əliyeva

Seçilən
106
4
sfera.az

6Mənbələr