AZ

Aİ daha bir ermənini “qara siyahı”ya saldı

Image

Avropa İttifaqı “Life” layihəsinin yaradıcısı, “News Media” nəşriyyatının baş direktoru erməni Aram Qabrelyanovu sanksiyalara məruz qalanların “qara siyahısı”na daxil edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə fərman Aİ-nin rəsmi jurnalında dərc olunub.

Qeyd edilib ki, Qabrelyanov bir qrup KİV-in köməyi ilə aqressiv təbliğat, saxta xəbərlər və dezinformasiya yayır.

"Aram Qabrelyanov Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən hərəkətləri dəstəkləyir və həyata keçirir", - məlumatda bildirilib.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
4
baki-xeber.com

7Mənbələr