AZ

Polislərimiz dəfn olundu - Fotolar

Bakıda qətlə yetirilən polis əməkdaşı, serjant Mahir Ağayev dəfn olunub.

Polis əməkdaşının nəşi Binə qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasmində ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

 

Paytaxtda keçirilən əməliyyat zamanı həlak olan polis kapitanı Eldəniz Məmmədov Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib.

Hürriyyət.az xəbər verir ki, dəfn mərasimində polis kapitanının ailə üzvləri, doğmaları, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.

Əvvəlcə cənazə namazı qılınıb. Daha sonra Eldəniz Məmmədov yaylım atəşi altında torpağa tapşırılıb. Polis kapitanının ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb, əklillər qoyulub.

Kapitanın tabutunun büküldüyü üçrəngli Dövlət Bayrağı övladlarına verilib.

 

Bakıda xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilən polis serjantı Mirəli Heydərov Kürdəmir rayonunun Cəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasmində rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
4
hurriyyet.az

10Mənbələr