AZ

Mahaçqaladakı terror aktının yeni görüntüləri - Video

Xəbər verdiyimiz kimi, Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində terror hadisələri baş verib. Hadisə zamanı  15-dən çox polis əməkdaşı hücumların qurbanı olub. Məlumata görə, bu terror hücumunda Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərovun iki oğlu - Osman və Adil Ömərovlar iştirak edib.

“Qafqazinfo”nun Rusiya mediasına istinadən məlumatına görə, Mahaçqalanın Buynaksk küçəsində yol polislərinə hücumun görüntüləri yayılıb.

Görüntülərin iyunun 23-ü saat 18:30-19:00 radələrində lentə alındığı bildirilir.

Videoda terrorçulardan birinin Osman Ömərov olduğu, yol polislərinə atəş açdığı və atışma zamanı iki polisi qətlə yetirdiyi əks olunub.

Qeyd edək ki, Mahaçqala və Dərbənddə iki kilsə və bir sinaqoqa, o cümlədən yol polisi postuna hücum edilib. Son məlumatlara görə, 15-dən çox polis ölüb, Dərbənddə keşiş qətlə yetirilib, o cümlədən Mahaçqalada sinaqoq yandırılıb. Milli Antiterror Komitəsi (MAK) Mahaçqala və Dərbənddə antiterror əməliyyatının başa çatdığını elan edib. MAK bütün hücum edənlərin zərərsizləşdirildiyini təsdiqləyib.

Törədilmiş terror aktlarına görə ölkə ərazisində 24, 25 və 26 iyun tarixlərində 3 günlük matəm elan olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
26
qafqazinfo.az

10Mənbələr