AZ

Dağıstanda "terror hücumu": Ölənlər var - VİDEO

Rusiya Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada, naməlum silahlı şəxslərin Mahaçqala və Dərbənd şəhərlərində hücum təşkil etdiyi bildirilib.

News24.az xəbər verir ki, açıqlamada hücum edənlərin Mahaçqalada polis bölməsinə, Dərbənddə iki kilsə və sinaqoqa hücum etdiyi barədə məlumatlar yer alıb. Bir keşişin də həyatını itirdiyi, təhlükəsizlik qüvvələri ilə hücum edənlər arasında silahlı qarşıdurmanın davam etdiyi bildirilib.

Dağıstan Muxtar Respublikasının Prezidenti Sergey Melikov Telegram kanalında Mahaçqala və Dərbənd şəhərlərində polis postu, sinaqoq və iki kilsənin hədəf alındığı hücumlarla bağlı açıqlama verib.

Bunun "terror hücumu" olduğunu qeyd edən Melikov, "Bunun arxasında kimin dayandığını və bu hücumların təşkilatçılarının nəyi hədəflədiyini bilirik. Evimizə müharibə gəlib" dedi. 

Dağıstan polisinin hücumları təşkil edənlərə müqavimət göstərdiyini bildirən Melikov, "Bu misli görünməmiş terror aktında 15-dən çox polis əməkdaşı həyatını itirdi. Onlar əllərində silahla Dağıstanda sülh və əmin-amanlığı qoruyurdular" dedi.

Milli Terrorla Mübarizə Komitəsi qondarma antiterror əməliyyatında zərərsizləşdirilən şübhəlilər haqqında məlumat verib və "Dağıstan Respublikasında keçirilən antiterror əməliyyatı zamanı 5 silahlı zərərsizləşdirilib" deyib.

Bölgədə əməliyyatların aktiv mərhələsinin başa çatdığı da bildirilib.

Digər tərəfdən, Dağıstanda hücumları həyata keçirənlər arasında Serqokalinski meri Maqomed Ömərovun övladlarının da olduğu iddia edilib. Hadisədən sonra Ömərovun dindirildiyi öyrənilərkən, Rusiya prezidenti Vladimir Putinin qurucularından olan Vahid Rusiya Partiyasından da yazılı açıqlama verilib. Merin Vahid Rusiya Partiyasının üzvü olduğu təsdiqlənsə də, “Vahid Rusiya Partiyasının Siyasi Şurasının Rəyasət Heyəti Maqomed Ömərovu partiyadan xaric edib. 

"Qərar Vahid Rusiya Partiyasının nizamnaməsinə uyğun olaraq partiyanı ləkələyən hərəkətlərə görə qəbul edilib”, - deyə məlumatda bildirilir.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
26
news24.az

10Mənbələr