AZ

«Abituriyent» jurnalının 12-ci nömrəsi nəşr edilib

Bu elmi-statistik təhlillər 2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamət və çoxsaylı parametrləri üzrə aparılıb. Təhlillər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadənin rəhbərliyi ilə yerinə yetirilib.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzində aparılan elmi-statistik təhlilin nəticələri hamı üçün açıqdır. Bu nəticələr respublika pedaqoji ictimaiyyəti, təhsil qurumları və müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən müxtəlif səviyyə və miqyaslı konfrans və görüşlərdə müzakirə edilir. Bununla da təhsillə bağlı strateji əhəmiyyətli qərarlara yol açılır.

 

Burada ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılmış, təklif və tövsiyələr irəli sürülmüşdür.

 

Jurnalın elektron versiyasını DİM-in saytında Fəaliyyət/Təqiqat/Statistiktəhlil bölməsindən əldə edə bilərsiniz. DİM tərəfindən yaradılmış mekteb.edu.az portalından istifadə etməklə hər bir rayonun istənilən məktəbi barədə statistik məlumatlarla tanış olmaq mümkündür. 

Seçilən
108
azedu.az

1Mənbələr