İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücumlarda 28 nəfər həyatını itirib, 66 nəfər isə yaralanıb.
"Operativ Media" xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən bildirilib.
İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya başlatdığı hücumlarda ölənlərin sayı 262 gündə 37 min 626, yaralıların sayı isə 86 min 98-ə çatıb.