Ukraynanın Sevastopola endirdiyi zərbələrlə əlaqədar ABŞ səfiri Linn Treysi Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə məlumatı TASS informasiya agetliyi RF XİN-ə istinadla verib.
RF XİN Moskvanın ABŞ-ın Kiyevin Rusiya ərazisinə zərbələrini dəstəkləməsinə qarşı cavab tədbirləri planlaşdırdığını bəyan edib.
İyunun 23-də Ukrayna Silahlı Qüvvələri Sevastopol şəhərinə ABŞ istehsalı olan ATACMS raketləri ilə beş zərbə endirib. Nəticədə 100 nəfərə yaxın şəxsin yaralandığı, 3 nəfərin həlak olduğu bildirilir.
Hürr Tərcüman