Rusiya Serbiyanın Qərbə satdığı sursatın bir hissəsinin Ukraynada peyda olması barədə məlumatları dəqiqləşdirmək niyyətindədir.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Biz bu məlumatları gördük. Bu mövzu ilə serb dostlarımızla təmasdayıq”, - deyə, Peskov qeyd edib.
Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç daha əvvəl bildirmişdi ki, Qərbdən Ukraynaya serb sursatlarının daxil olması ilə bağlı məlumat doğru ola bilər.